Onlayn ictimai-siyasi qəzet
Bakıda bir neçə həyət və darvazalara üzərində qan ləkələri olan kağız parçaları yapışdırılıb.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Şikayətçinin sözlərinə görə, hadisə mayın 19-da Bülbülə qəsəbəsində baş verib.
Qeyd olunub ki, sakinlərdən biri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək məlumat verib və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində şikayət ərizəsi yazıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı məlumatlı olduqları və hazırda araşdırma aparıldığı bildirilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ