İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda orta aylıq əmək haqqı 1000 manatı keçib

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 068,7 manat təşkil edib.

Bu barədə report-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR