Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev parkında 21-23 iyun tarixlərində “Göydən üç alma düşdü” adlı nağıl günləri keçirilir.
Nağıl günləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Türkiyə Respublikasından dəvət olunmuş nağılçıların iştirakı ilə təşkil olunub.
Qurumdan Musavat.com-a verilən məlumata görə, tədbirin əsas məqsədi uşaqları Azərbaycan və türk xalqlarının mədəniyyəti, adət-ənənələri, folkloru, nağılları ilə tanış etmək, onlarda mütaliə vərdişlərini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, mütaliə mədəniyyətini kütləvi şəkildə təbliğ etməkdir.
Bu gün nağıl günlərinin bağlanış mərasimi keçiriləcək. Tədbirə giriş sərbəstdir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ