İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişi baldızı tərəfindən bıçaqlandı

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR