İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda İsveçrənin Milli Günü keçirilib - Fotolar

Sentyabrın 5-də İsveçrənin Milli Günü münasibətilə Bakıda rəsmi tədbir keçirilib.

Musavat.com bildirir ki, tədbirdə əvvəlcə Azərbaycanın və İsveçrənin Dövlət himnləri səsləndirilib.

Daha sonra İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksandr Hoffet çıxış edib.
"Azərbaycanda olduğum 6 ay ərzində ölkəni gəzmək və Azərbaycan mədəniyyətinin bütün zənginliklərini görmək imkanı əldə etmişəm. Azərbaycanla İsveçrə arasında oxşar cəhətlər var - hər iki ölkə çoxmillətlidir, gözəl təbiətə malikdir və turistlər üçün cəlbedicidir.

Pandemiyadan sonra Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar artdığını artıb. Eyni zamanda, iqtisadi əməkdaşlığın inkişafı üçün hələ də böyük potensial var", deyə səfirlik rəsmisi qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da çıxış edərək bildirib ki, Azərbaycan İsveçrə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır:

“Azərbaycan İsveçrə ilə əlaqələrə böyük diqqət yetirir və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Ölkələr arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edib.
İsveçrə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak edib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə İsveçrədə əhəmiyyətli dərəcədə təmsil olunur".

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR