İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda inşa olunacaq yeni metronun yaxınlığında bu da olacaq

Bakının Nəsimi rayonu C.Məmmədquluzadə küçəndə inşa olunan "B04" metro stansiyasının tikintisi başa çatdıqdan sonra həmin ərazidə 15 min kvadratmetr yaşıllıq sahəsinin salınması planlaşdırılır.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Bakı Metropoliteni QSC Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq: "Həmin stansiyanın 2 çıxışının altına düşən yaşıllıqların köçürülməsi ilə bağlı layihə hazırlanıb. Metrostansiyasının tikintisi başa çatdıqdan sonra sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15 min kvadrat metr yaşıllıq sahəsinin salınması planlaşdırılır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR