İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var

Bakıda iki qardaş bıçaqlanıb.

Musavat.com xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşı Elnura münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR