İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda iki avtomobil toqquşub, 48 yaşlı qadın xəsarət alıb

Bakının Xətai rayonunda 48 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Məmmədova Aksana İbrahim qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR