Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin ərazi güzəştinə getməyəcəyini bəyan edib.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, o, bu barədə Aİ liderlərinin sammitindən əvvəl Rusiyaya qarşı birgə təzyiqin vacibliyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, rus qoşunları mülki infrastruktura, o cümlədən məktəblərə, uşaq bağçalarına və yaşayış binalarına zərbələr endirməkdə davam edir.
“Bu o deməkdir ki, biz təkcə Avropa və ABŞ-la birlikdə özümüzü müdafiə etməməliyik, həm də Putinə müharibəni dayandırması üçün təzyiq etməliyik”, - Ukrayna prezidenti bildirib.
Zelenski qeyd edib ki, Ukrayna müdafiə məsələlərində Qərb müttəfiqlərinin davamlı dəstəyinə və Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə ümid edir.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ