Onlayn ictimai-siyasi qəzet
Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava limanında təyyarə qəzaya uğrayıb.
Bu barədə Mülki Aviasiya üzrə Milli İnstitut (INAC) məlumat yayıb.
Qəza nəticəsində iki nəfər həyatını itirib.
"Hadisədən dərhal sonra müvafiq protokollar işə salınıb və hava limanının yanğınsöndürən briqadası qəzanın nəticələrinə cavab tədbirləri görüb," - deyə bildirilib.
Qurumun məlumatına görə, qəzanın səbəblərini müəyyənləşdirmək üçün istintaq aparılır.
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ