İnsanlara hürriyət, millətlərə istiqlal!

Vensdən Netanyahuya çağırış: “Qəzzada atəşkəs razılaşmasına şans verin”

ABŞ vitse-prezidenti Vens İsrail baş naziri Benya­min Netanyahunu Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsinə şans verməyə və təmkinli olmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Axios" nəşri yayıb. Vensin sözlərinə görə, İsrailin razılaşmanın icrasına maksimum dəstək verməsi vacibdir və Vaşinqton bu prosesin uğurla həyata keçirilməsində İsrailin konstruktiv rolunu gözləyir.

Netanyahu isə cavabında sazişi dəstəkləməyə hazır olduğunu bildirib və onun uğurlu icrasını, növbəti mərhələlərə keçidi görmək istədiyini vurğulayıb.

Eyni zamanda, ABŞ rəsmiləri qeyd ediblər ki, İsrail əvvəllər sazişin növbəti mərhələlərinin – qoşunların çıxarılması və Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi məsələsində tərəddüdlərini ifadə edib.

Məlumata görə, Tramp administrasiyasının xüsusi nümayəndələri hazırda Yaxın Şərq ölkələri ilə Qəzzanın sabitləşdirilməsi və bərpası üçün maliyyə, hərbi və diplomatik dəstək barədə danışıqlar aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR