“Apreldə İranın Keşm adasında başlayan Struqatski qardaşlarının “Allah olmaq çətindir” filminə Yezd, Tehran və Moskva şəhərlərində davam etdik. Bu gün mənim sonuncu çəkiliş günümdür, sabah isə film bitir. Hər zaman yeni bir yolun olacağına inanıram, Allah o qədər yollar açır ki... Nə yalan deyim, karyeramın ən çətin çəkilişləri idi. 7 ay yollarda, 7 ay məşq, xoreoqrafiya, 7 ay pəhriz, dəyərmi? Dəyər! Gələn il bütün platformalarda. Noyabrın 5-dən isə “İvi” platfotmasında “Konstantinopol” başlayır, 8 ay da o filmə görə yollarda qalmışam”.
Qeyd edək ki, “Tanrı olmaq çətindir” filmi Arkaadi və Boris Struqatski qardaşlarının məşhur elmi-fantastik eyni adlı romanına əsasən çəkilir.
Kamran filmdə Aifa obazını canlandır. Aifa “Tanrı olmaq çətindir” romanında mühüm obrazlardan biridir.
Könül
Musavat.com





ŞƏRHLƏRŞƏRH YAZ