İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni rus musiqisinə görə taksi sürücüsü ilə mübahisə etdi - VİDEO

Ukraynalı müğənni, “Vivienne Mort” qrupunun solisti Daniella Zayuşkina (əsl adı – Daniella Duşenko) rus musiqisi üstündə taksi sürücüsü ilə mübahisə edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, münaqişənin videosu “Syaevo” adlı TikTok hesabında yayılıb.

Kadrlarda Zayuşkinanın taksi sürücüsü ilə Rusiyanın estrada qrupu “Ruki Vverx”in mahnısına görə mübahisə etdiyi görünür.

Müğənni təəccübünü gizlətməyərək bildirib ki, ölkə müharibə şəraitində olarkən avtomobildə “Kroşka moya, ya po tebe skuçayu” sözləri səslənən mahnı dinləmək qəbuledilməzdir.

Zayuşkina sürücüyə xatırladıb ki, ödənişli platformalarda bu cür mahnıların dinlənilməsi nəticəsində ifaçılara pul köçürülür və həmin vəsaitlər dolayısı ilə Rusiyanın hərbi büdcəsinə gedir:

“Siz hər dəfə rus mahnısı dinləyəndə, rusiyalılara pul ödəyirsiniz. Onlar isə bu pulla vergi verib mərmilər istehsal edirlər. O mərmilər isə mənim və sizin başınıza düşür. Belələri çox olanda bu artıq ciddi məbləğ edir. Bir ilə o pulla sizin ailənizin başına düşəcək dron almaq mümkündür, amma siz bunun fərqində olmursunuz”.

Qeyd edək ki, bu ilin yazında “Apple Music”in Ukrayna reytinqində rus qrupunun “Ay Yola” adlı mahnısı birinci yeri tutub. Daha sonra məlum olub ki, qrupun solisti Rinat Ramazanov Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləyir və işğalçılara yardım üçün vəsait toplayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR