İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda həmyerlisini öldürən Pakistan vətəndaşı həbsxanada nədən vəfat edib?- TƏFƏRRÜAT


Abşeron rayonu Masazır qəsəbəsində bir həmvətənini öldürməkdə, birini isə yaralamaqda şübhəli bilinən Pakistan vətəndaşı Asad Shabbir Ahmad həbsxanada vəfat edib.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Asad Shabbirin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında ürəyin xroniki işemik xəstəliyindən vəfat etdiyi məlum olub.

Bu səbəbdən onun barəsindəki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

Baş Prokurorluğun məlumatına görə, Pakistan vətəndaşı Asad Shabbir Ahmad Masazırda yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla bir nəfər həmvətəninə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməkdə şübhəli bilinib.

Hadisəyə səbəb borc verilən pulun qaytarılmaması olub. Asad Shabbir həmyerlisinə verdiyi 150 manat pulu geri ala bilməyib. Buna görə də yaranmış mübahisə zamanı onu öldürüb. Onları sakitləşdirməyə çalışan digər həmkəndlisinə də çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR