İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gənc oğlan özünü binadan ATDI

Bakıda gənc oğlan özünü 9-cu mərtəbədən atıb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, oktyabrın 30-da Fərəcov Murad Abbasəli oğlu yaşadığı Nəsimi rayon, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində olan 36 saylı mənzilin yataq otağının pəncərəsindən özünü atıb.

Nəticədə Fərəcov Murad müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin müayinə nəticəsində Murad Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.

Murad Fərəcov komadadır, danışa bilmir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR