Onlayn ictimai-siyasi qəzet
Bakıda evdən külli miqdarda pul oğurlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10 000 dolların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ