İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni Londonda həbs olundu

London polisi mayın 15-də Mançesterdə saxlanılan amerikalı müğənni Kris Brauna qarşı ittiham irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kris Braun qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub. Onun bu gün Mançester məhkəməsinə çıxarılacağı gözlənilir.

Polis bildirib: "İttiham 19 fevral 2023-cü il bazar günü Londonun Hannover meydanında bir iş yerində baş verən hücumla bağlıdır".

“The Guardian” qəzeti yazır ki, ittiham Braunun musiqi prodüseri Eyb Diavu şüşə butulka ilə vuraraq yerə yıxması və artıq yerdə uzanıqlı qaldığı halda döyməyə davam etməsi hadisəsi ilə bağlıdır. Bildirilir ki, Diav Brauna qarşı 12 milyon funt sterlinq (16 milyon dollar) tələbi ilə məhkəməyə müraciət edib.

Musiqiçi dünən gecə şəxsi təyyarəsi ilə Mançesterə gəldikdən sonra saxlanılıb. Braun Chris Brown adlı debüt albomunun 20-ci ildönümünü qeyd etmək üçün iyunun 8-də Avropada qastrol səfərinə başlamalı idi. Amsterdamdakı konsertdən sonra o, Mançester, Kardiff, London, Birmingem və Qlazqoda çıxış etməyi planlaşdırırdı.

2009-cu ildə Braun o vaxtkı sevgilisi müğənni Rihannanı döydüyünə görə 5 il şərti və 6 ay ictimai iş cəzasına məhkum edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR