İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonunda qeydə alınıb.

Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 45 yaşlı A. İsayevin etil spirtindən zəhərlənərək öldükləri məlum olub.

Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfərin texniki spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR