Onlayn ictimai-siyasi qəzet
Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb.
Onun texniki spirtdən zəhərləndiyi bildirilir.
Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərinb sayı 19-a çatıb.
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ