İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Musavat.com-a bildirilib ki, məlumat əsasında dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m olan tikilinin 6kv.m sahədə üzlüyü və 4m uzunluğunda rəf yanıb, mənzillər yanğından mühafizə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR