Onlayn ictimai-siyasi qəzet
Kubalı cüdoçu Mariset Espinoza qəflətən dünyasını dəyişib.
AZƏRTAC Kuba mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı idmançının ölümünə infarkt səbəb olub.
Ölkəsinin cüdo tarixində özünəməxsus yeri olan M.Espinoza 63 kiloqram çəki dərəcəsində Panamerika Oyunlarında iki dəfə qızıl medal qazanıb. Bundan başqa, o, Azərbaycan, Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı yarışlarda mükafatçılar sırasına düşüb.
Cüdoçu 2016-cı ildə Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ