İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu dəyişikliklərdən sonra taksilərin sayı azalacaq - Ekspert AÇIQLADI

Taksi sifarişləri sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları informasiya sisteminə ötürməyənlər 20 min manat məbləğində cərimələnəcəklər.

Bu, Prezident İlham Əliyevin təsdiqləyidi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda öz əksini tapıb. Bundan başqa avtomobil nəqliyyatı barədə lisenziyalar və icazələr haqqında qanun layihələrinə edilən dəyişikliklər də təsdiqlənib. Yeni qanundan sonra taksi fəaliyyəti göstərən avtomobillərə taksometr quraşdırılacaq. Minik avtomobilində onların getdiyi məsafə, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və sərnişini məlumatlandıran fiskal yaddaşlı xüsusi cihaz və ya proqram təminatı olmalıdır.

İdxal olunan avtomobillərin aksiz dərəcələri (Eldəniz Cəfərov) - ARB 24  (Gündəm) - YouTube

Eldəniz Cəfərov

Taksi fəaliyyətindəki yeniliklər barədə Musavat.com-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, bu dəyişikliklərdə əsas məqsəd keyfiyyətsiz taksi xidmətini yüksəltmək, eyni zamanda taksini vətəndaş üçün təhlükəsiz etməkdir: “Bununla yanaşı, burada bir sıra məsələlər də var. Misal üçün, taksidə, digər sərnişindaşımada çalışan sürücülərin əmək hüquqarının qorunmasıdır, yəni bəzi taksi sürücüləri istismar olunurdu. Onlar sutka ərzində 8 saatdan çox işləyirdilər. Bu da aradan qaldırılacaq. Həmçinin, sayğacların quraşdırılması da birbaşa olaraq istehlakçının hüququnun müdafiəsi üçün həyata keçirilir. İş ondadır ki, taksi operator şirkəti ilə çalışan sürücülər taksometr əvəzinə aqreqator kimi smartfon istifadə edirlər. Taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar taksi xidmətini sadəcə sövdələşmə əsasında həyata keçirirlər. Bundan sonra vergisini ödəyib, rüsumlarını ödəyib, icazə kağızını alan, taksi fəaliyyəti ilə məşğul olan vətəndaş taksidə istifadə olunan minik avtomobilində taksometri quraşdırmalı olacaq. Bu dəyişikliklər həyata keçiriləndən sonra bir müddət ola bilər ki, Bakıda taksilərin sayı azalsın. Amma həmin müddətdən sonra daha keyfiyyətli taksi xidməti yaradılacaq”.

Ekspert əlavə etdi ki, bu sahədə keyfiyyətli, təhlükəsiz sərnişindaşımanı həyata keçirə bilən şirkətlər və fiziki şəxslər işləyəcək: “Müasir və təhlükəsizlik tələblərinə cavab verə bilməyən fiziki şəxslər isə bu sahədə çalışa bilməyəcəklər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR