İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib

Heydər Əliyev Mərkəzində Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyin təşkilatçılığı ilə mayın 5-də “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib.

İlk olaraq Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanda əczaçılıq sənayesinin yaranma tarixinə həsr edilmiş videoçarx nümayiş olunub.

A large audience watches a speaker on a big screen at a formal event, with a modern venue and bright lighting.
A large audience seated in a modern conference hall, attentively listening to a speaker.
A large audience watches a presentation on a big screen, featuring a man in a suit and a display case behind him.
A large audience seated in a modern conference hall, facing a presentation screen displaying "Qərənfil Apteki, Ağdam Şəhəri."

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunmuş tədbirin mahiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan əczaçılıq sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub: "Dünyada yeganə müalicəvi neft olan Naftalan neftindən müxtəlif preparatların hazırlanması üçün 1934-cü ildə Bakıda xüsusi laboratoriya, daha sonra isə Naftalan zavodu yaradılıb. 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və rektoru görkəmli dövlət xadimi, professor Əziz Əliyev təyin olunub. Həmin illərdə Bakı Kimya-Əczaçılıq Zavodu, Endokrin Preparatlar Zavodu kimi əczaçılıq sənayesi müəssisələri yaradılıb".

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələrinin qurulması xüsusən vurğulanıb: "Əczaçılıq sənayesinin qanunvericilik bazasının formalaşdırılması məqsədilə “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında əczaçılıq sənayesinin inkişafı konsepsiyası” hazırlanıb".

"Müasir Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və gərgin zəhməti sayəsində hərtərəfli inkişaf edir. Bu illər ərzində dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edən "Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilib, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb, yerli istehsalın təşviqi məqsədilə qanunvericilikdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub", - deyə nazir bildirib.

A group of men in formal attire seated in a row at an event, with a few women visible in the background.
A speaker presents at a conference, with an audience facing a large screen displaying information about Teymur Musayev.
A group of people in formal attire seated in a conference setting, attentively listening.

Onun sözlərinə görə, "Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu"na edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb.

Öz çıxışında nazir qeyd edib ki, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılan əlverişli biznes mühiti əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəlib: "Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Macarıstanın Semmelveis və Peç Universitetləri ilə imzalanan əməkdaşlıq memorandumları bilik və təcrübələrin mübadiləsini, akademik heyətin peşə hazırlığının artırılmasını nəzərdə tutur”.

Teymur Musayev, həmçinin bildirib ki, ötən il Səhiyyə Nazirliyində yaradılan işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.

A man in a suit stands at a podium, reading from a paper, with a blank white background behind him.
A large group of people in formal attire seated in rows, attending an event in a well-lit hall.

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu, Macarıstanın Azərbaycana ixracının 49%-ni təşkil etdiyini vurğulayıb: “Bu konfrans Macarıstanın Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə vermək istəyinin bariz göstəricisidir. Macarıstanın iki ən tanınmış dərman şirkəti 1990-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərirlər. Peç Universiteti və Azərbaycan Tibb Universiteti ölkəmizdə əczaçılıq mütəxəssislərinin hazırlanmasında əməkdaşlığa başlamaq niyyətindədirlər”.
Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır. Ölkəmizdə bu sektorun inkişafının ictimai sağlamlıq, tibbi innovasiyalar, xəstəliklərin qarşısının alınması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına birbaşa təsir etdiyi vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını diqqətə çatdırıb: “Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib. Bu layihələrin icrası əczaçılıq sənayesinin inkişafını və yerli istehsalı artırmağı hədəfləyir”.
Öz çıxışında Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov azad iqtisadi zonanın investisiya və ticarət imkanlarına dair çıxış edib. Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabriklərinin tikilib istifadə verilməsi nəzərdə tutulub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sənayesinin müasir səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə səhiyyənin və əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirdiyi, bu gün də bu sahə ən yüksək səviyyədə dövlət dəstəyi ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Öz növbəsində Macarıstan milli səhiyyə sığorta fondunun departament rəhbəri Akoş Karsayini, Peç Universitetinin Əczaçılıq fakültəsinin dekanı Andraş Fittler və Egis şirkətinin kommersiya direktoru Çaba Paç qeyd ediblər ki, qlobal səviyyədə effektiv səhiyyə həllərinə tələbat artdıqca əczaçılıq sənayesi dövrün çağırışlarının qarşılanmasında ön sıralarda dayanır.

A man in a suit speaks at a podium, with a large screen displaying his photo and name in the background.
A speaker in a suit addresses an audience from a podium, with a blank screen behind him.
a person standing at a podium
a man standing at a podium
A man in a suit speaks at a podium, with a large screen displaying his photo and information about him.
A speaker in a suit gestures while presenting at a podium, with a large screen displaying product information in the background.
A speaker stands at a podium, presenting information about medicinal plants and herbs, with a logo in the background.

Tədbir zamanı ədliyyə nazirinin müavini Abiddin Hüseynov “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasına dair Şəhadətnaməni Assosiasiyanın təsisçisi Küşvər Xudadatovaya təqdim edib.


Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb

graphical user interface
Two individuals are holding a certificate together, smiling. The background is mostly white, with a dark base.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR