İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ABŞ-ın müstəqillik günü qeyd olunub - FOTOLAR

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 246-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, deputatlar, jurnalistlər, müxalifət nümayəndələri və digər ictimai şəxslər iştirak ediblər.

Musavat.com xəbər verir ki, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq açılış nitqi ilə çıxış edib. O, ABŞ-ın dövlətçilik tarixindən, dövlətin demokratiya yolunda atdığı addımlardan danışıb. Litzenberger bildirib ki, bu tədbir ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirildiyi üçün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Daha sonra çıxış edən Samir Şərifov iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə enerji və terrorizmlə mübarizə sahəsində inkişaf etdiyini, Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan regionun inkişafı istiqamətində addımlar atır və Ermənistanla sülh sazişinin imzalanması burada mühüm rol oynaya bilər.

S.Şərifov, həmçinin ABŞ-ın işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verəcəyinə ümid etdiyini bildirib.

Musavat.com

tedbir-bs.jpeg (466 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR