İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Sağlamlıq Mərkəzinin binasındakı yanğın söndürülüb

Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın söndürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Musavat.com-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR