İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı polisi 10 min manat tapdı, sahibini axtardı və... - Yeniləndi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bu gün Səbail rayonundakı Əl Oyunları Sarayında keçirilən beynəlxalq basketbol yarışında polis əməkdaşları tərəfindən 10 min manat məbləğində pul tapıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Elşad Hacıyev sosial media hesabında etdiyi paylaşımda bildirib: “Xahiş edirik, pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər.”

Hazırda polis əməkdaşları həmin vəsaitin sahibini müəyyənləşdirmək üçün işlərini davam etdirirlər. Əgər pulu itirən şəxs varsa, ən qısa zamanda hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaları tövsiyə olunur.

Musavat.com olaraq, bu cür nümunəvi addımı yüksək qiymətləndirir və vətəndaşları diqqətli olmağa çağırırıq. Hadisənin davamını izləyəcəyik. 

***

"10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm".

Musavat.com xəbər verir ki, bu yekun məlumatı DİN Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev özünün sosial media hesabında paylaşıb.

 

Musavat.com

69259515-d203-432b-bfa8-94197d268411.jpg (174 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR