İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunun ətrafındakı obyektlər söküləcək?

Bakı Metropoliteni QSC-nin "qırmızı" və "yaşıl" xətlərinin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik tunel tikiləcək.

Maraqlı suallardan biri odur ki, sözügedən tunel tikilərkən hansısa tikilinin plana düşməsi, sökülməsi, yerinin dəyişdirilməsi nəzərdə tutulubmu?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edilən tunelin tikilməsi üçün plana düşən, sökülməsi nəzərdə tutulan bir obyektin, tikili və ya qurğunun olmadığını bildirib.

Xatırladaq ki, "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasına ilin son rübündə başlanılması nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR