İnsanlara hürriyət, millətlərə istiqlal!

Fitch Ratings: Ermənistan üçün risklər azalır, iqtisadi artım gözlənilir

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Ermənistan və Azərbaycan arasında münaqişənin yenidən alovlanması risklərinin azaldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, agentlik yayımladığı aralıq hesabatda sülh sazişinin Ermənistanın orta müddətli dövrdə kredit qabiliyyətini artıracağını, Türkiyə üzərindən alternativ marşrutlarla ticarətin canlanmasına təkan verəcəyini bildirib. Qeyd olunub ki, bu proses təkcə Ermənistan deyil, bütövlükdə region üçün iqtisadi artıma xidmət etməlidir.

Məsələ ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vaqe Ovanisyan da mövqeyini açıqlayıb.

O, şəxsi Facebook səhifəsində yazıb ki, Fitch-in hesabatı hökumətin mövcud proqnozlarını təsdiqləyir:

“Fitch, əslində, bizim proqnozlarımızı təsdiqlədi – Ermənistanın orta müddətli perspektivdə iqtisadi artımının stimullaşdırılması geosiyasi risklərin azalması, valyuta məzənnəsi dalğalanmalarının və fiskal risklərin azalması hesabına baş verəcək. Bu müsbət hadisələr beynəlxalq investisiyaların cəlb olunması və Ermənistana inamın artması üçün yeni imkanlar açır. Biz digər agentliklərin də cavablarını gözləyirik”.

Nazirin sözlərinə görə, Ermənistan iqtisadiyyatı üçün əsas hədəflərdən biri də xarici sərmayələrin həcminin artırılması və yeni ticarət imkanlarının reallaşdırılmasıdır. 

 

Musavat.com

99badeb4-bfaf-4c5b-8cef-629a573ea6d4.jpeg (123 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR