İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əslində, gülməli olan sizsiniz” – Günel Zeynalovadan atmaca

Günel Zeynalova ilə türkiyəli aparıcı Burcu Esmersoy arasında gərginlik yaşanıb.

Buna səbəb aktrisanın 5 il əvvəl "İbrahim Selim ile bu gece" verilişində səsləndirdiyi fikirlər olub. 

Burcu Esmersoy Günelin "Didem" adlı mahnısının klipi ilə bağlı dedikləri müğənnini əsəbiləşdirib. Aparıcı klipdə pula görə çəkildiyini və bu qədər izlənəcəyini düşünmədiyini bildirib. 

Günel həmin görüntüləri paylaşaraq yazıb: "Mən klipdə rol aldığın üçün illərdir təşəkkür edib, gözəl xatirə kimi danışıram. Bu açıqlamandan xoşum gəlmədi. İnsan keçmişdə yaşadıqlarından utanmamalıdır. Ədəbsiz və ya mahnı oxuya bilməyən insanın klipində rol almadın. Oranı-buranı açmadın, "gənclik" deyib, "cool" olmusunuz? Nəyi gülməlidir? Nə mövzuda danışırsınız? Deyin görək. Gülməli olan nədir? İbrahim Selim və Burcu Esmersoy, əslində, gülməli olan sizin etdiyinizdir. Keçmişinizdən utanan sizsiniz" 

Bu paylaşımdan sonra Burcu Esmersoy Günel Zeynalovanı sosial şəbəkədə əngəlləyib./Yenisabah.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR