Onlayn ictimai-siyasi qəzet
"Dövlətin ali təhsil müəssisələrinin təhsil haqlarını birdən-birə 50%-ə qədər artırması doğru addım deyil. Özəl universitetlər istəsələr, illik 100 min də təyin edə bilərlər. Buna nə vətəndaş, nə iqtisadçı, nə də dövlətin müdaxilə etməsi doğru olmaz. Çünki belə halı bazar tənzimləyir".
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, dövlətin maliyyələşdirdiyi, dövlət binasında, dövlət avadanlıqları və büdcə vəsaiti ilə işləyən universitetlərin belə davranışı artıq mövqedən sui-istifadədir.
Əmirov qeyd edib ki, xüsusilə elə ixtisaslar var ki, ölkədə yalnız bir-iki universitet həmin peşəni tədris edir və bu sahəyə tələb çox yüksəkdir:
"Belə halda qiyməti kəskin artırmaq dövlət qurumu kimi yox, özəl müəssisə kimi davranışdır. Bu isə heç bir halda ədalətli sayıla bilməz".
İqtisadçı vurğulayıb ki, dövlətin ali təhsil müəssisəsi illik təhsil haqlarını mümkün olan ən aşağı hədlərlə təyin etməli, vətəndaş üçün minimal xərc yaratmalı və tələbdən sui-istifadə etməməlidir.
Afaq,
Musavat.com
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ