İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyanın vədlərinə inanmır, sanksiyalar davam edəcək

Avropa İttifaqı Rusiya ilə razılaşmalara etibar etmir, buna görə də Ukrayna Silahlı Qüvvələrinə (AFU) təlim keçəcək və Moskvaya qarşı sanksiyaları davam etdirəcək.

Musavat.com xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ-nin fövqəladə onlayn sammitindən sonra X-də yazıb.

O, Brüsselin Rusiyanın Ukraynadakı nizamlanma ilə bağlı öhdəliklərini və vədlərini yerinə yetirəcəyinə inanmadığını bildirib. Kallasın fikrincə, “Ukrayna üçün təhlükəsizlik təminatları Rusiyanı ondan çəkindirməlidir ki, yenidən qruplaşmasın”. O qeyd edib ki, bu məqsədlə avropalılar Ukrayna Ordusuna təlim keçəcək” və Rusiyaya qarşı “yeni sanksiyalar hazırlayacaqlar”.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri avqustun 28-30-da Brüsseldə qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə baxacaqlar: "Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya hazır olmalıdır. Mən bu məsələləri gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünün gündəliyinə salmuşam".

Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatı Ukrayna ilə bağlı diplomatik səylərdən asılı olmayaraq, 19-cu paketin 28-30 avqust tarixlərində keçiriləcək görüşdə nazirlər tərəfindən müzakirə ediləcəyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR