Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığında Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər Rusiya və Ukrayna arasında danışıqlar, Suriyada vəziyyətin sabitləşdirilməsi səyləri və İranın nüvə proqramı məsələlərinə də toxunublar.
Söhbət məşvərət xarakteri daşıyıb və regionda münaqişələrin həlli istiqamətində səylərin əlaqələndirilməsinə yönəlib.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ