İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunun əməkdaşı ürəktutmadan vəfat edib

"Bakı Metropoliteni" QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.

Bu barədə Musavat.com-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında "28 May" stansiyasında baş verib: "Stansiyalara giriş açılmazdan əvvəl süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR