İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradova məktəbli intiharları haqda: "Bu məsələyə ehtiyatlı yanaşmalıyıq"

"Məktəbli intiharları gündəlik bütün sosial mediada davamlı müzakirə olunacaq və hər cür fikir bildiriləcək bİr məsələ deyil. İstərdim ki, hər kəs bu cür qəbul etsin. Çünki bu cür məsələlər peşəkar yanaşma tələb edir".

Musavat.com bildirir ki, bu sözləri Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri qeyd edib ki, məktəbli intiharları ilə bağlı aidiyyəti qurumlar işlər aparır: "Əlbəttə ki, bu cür hadisələr bizi üzür. Ailələrdəki durum, uşaq və yeniyetmələrim vəziyyəti, onların rastlaşdıqları problemlər bizim diqqətimizə, qarşımıza çıxarır. Dövlət orqanlarımız, cəmiyyətimiz, insanlarımızın hər biri, o cümlədən ailələr bu məsələni diqqətdə saxlamalıdırlar. Çünki hər birimiz yeniyetməlik dövrünü keçirmişik, onu hiss etmişik. Bu dövr çox ehtiyatlı davranmalı dövrdür. Ona görə də bir daha qeyd edirəm ki, bu məsələyə, onunla bağlı müzakirələrə ehtiyatlı yanaşmalıyıq. Əlaqəli qurumlar bununla bağlı işləyirlər".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR