Onlayn ictimai-siyasi qəzet
“Təəssüf ki, Nikol Paşinyanın dövlətlə bağlı irəli sürdüyü düstur (“dövlətə qazanc vasitəsi kimi baxırlar”) yeni deyil”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Akop Badalyandır.
Onun sözlərinə görə, sadəcə olaraq, bir sıra subyektiv hallara əsaslanaraq, Paşinyan bundan informasiya və təbliğat məqsədləri üçün istifadə edir.
“Praktikada “bu tərif” 2018-ci ilə qədər de-fakto hökm sürən sistemin əsasını da təşkil edib. Dövlət yalnız “çörək qazanmaq” və ya “ev saxlamaq” məntiqinə xidmət edib.
Bəli, Ermənistanda demək olar ki, bütün səviyyələrdə dominant elita, istər məmurlar, istərsə də müxtəlif ictimai-siyasi aktorlar “evi qorumaq” fəlsəfəsini rəhbər tutublar. Bu, erməni elitasının düşüncə və psixologiya səviyyəsini göstərir.
Əks halda vəziyyət 2018-ci ilə çatmazdı. Bu fəlsəfə indi sadəcə olaraq daha həyasız, daha rahat, daha açıq xarakter alıb. Səbəb isə odur ki, “düstur” çox uzun müddətdir sosial psixologiya və təfəkkürdə dərin kök salıb. Etiraf etmək nə qədər ağrılı olsa da, cəmiyyət dövlət və dövlətçilik ideyasını məhz belə qəbul edir”, - deyə Badalyan yazıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ