İnsanlara hürriyət, millətlərə istiqlal!

Babayan DANIŞDI, cinayət işi başlandı

Ermənistanda keçmiş qondarma “dqr”in keçmiş “müdafiə naziri” Samvel Babayanın yerli İctimai Televiziyanın efirində səsləndirdiyi ifadələr və oktyabrın 6-da təqdim etdiyi bəyanat əsasında cinayət işi açıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.

Ermənistan Baş Prokurorluğu “Azadlıq” radiosunun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı yerli cinayət qanunvericiliyinin iki maddəsi üzrə iş başlanıb. Bunlar Cinayət Məcəlləsinin 550-ci (komandir və ya vəzifəli şəxs tərəfindən döyüş əməliyyatları zamanı öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi), habelə 545-ci (ehtiyac olmadan döyüş texnikasının düşmənə verilməsi, hərbi qüvvənin təslim olması) maddələridir. Lakin hazırda işlə bağlı təqsirləndirilən şəxslər müəyyən edilməyib.

Qeyd edək ki, Samvel Babayan İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını “Dağlıq Qarabağın təslim edilməsinə görə” yerli separatçı hakimiyyətə qarşı cinayət işinə başlamağa çağırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR