İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlı məktəblinin porno biznesə cəlb edilməsinin yeni detalları bilindi – Ögey atası da həbs olunub

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktının qeydə alınması barədə xəbər vermişdik.

Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Kamalə Ağazadə demişdi ki, zərərçəkmiş 8-ci sinif şagirdi olub və iş üzrə 4 təqsirləndirilən şəxs artıq həbsdədirlər.

“Ana həbs olunub, ata yoxdur, bildiyim qədər ilə ögey ata da saxlanılanlar arasındadır. Kim nə edibsə, cəzasını alacaq. Burada təhsildən yayınma, uşağa qarşı digər hallandırılan cinayət faktları var. Ailə əslən Yardımlıdan deyil, bura başqa yerdən gəliblər. Biz dəfələlərə vurğulamışıq ki, yaşayış yeri xəritəsi yaradılmalıdır. Yaşayış yerini dəyişənlərin xəritəsi olmalıdır. Onlar müvəqqəti də olsa qeydiyyata götürülməlidirlər ki, ərazidə kimin yaşadığı, haradan gəldiyi məlum olsun. Belə olan halda qanun pozuntusunun qarşısını almaq olar” – bu sözləri Kamalə Ağazadə Teleqraf.com-a bildirib.

Qeyd edək ki, məktəblinin anasına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci (Yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə, pornoqrafik tamaşalarda iştirak və ya əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb, cinayət işi başlanıb. İlkin məlumata görə, ana qızını kişilərə satıb. Belə iddialar var ki, azyaşlıya qarşı törədilən cinayətdə rayonda tanınmış şəxslərin əli olub. Sonuncuların adları hələ istintaqın maraqları baxımından açıqlanmır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR