Onlayn ictimai-siyasi qəzet
Aziz Yıldırım "Fənərbağça"nın prezidenti postuna namizədliyini irəli sürüb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
"Sarı-lacıvərdlilər"in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-i baş tutacaq mətbuat konfransında cavablandırılacaq. Onun seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Ali Koçdur.
Qeyd edək ki, "Fənərbağça"da prezident seçkilərinin vaxtı dəqiq bilinmir.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ