Onlayn ictimai-siyasi qəzet
Son günlər sosial şəbəkələrdə Azərpoçt-un adından müxtəlif xəbərlər yayılır.
Bunlardan biri də itirilmiş bağlamaların 2.28 AZN-ə satılması ilə bağlıdır. Paylaşımda qeyd olunur ki, 6 aydan çoxdur, itirilmiş bağlamaları Azərpoçt simvolik qiymətə satır. Bununla bağlı linkə daxil olmaq təklif edilir.
Paylaşıma bir çox insanlar rəy bildiriblər. Bəziləri bunun “feyk” olduğunu desələr də, bəzilərinin isə diqqətini çəkib.
Bəs bu paylaşımlar doğrudurmu? İtirilmiş bağlamalar 2.28 AZN-ə satılır?
Bakupost.az saytı məsələ ilə bağlı Azərpoçt-la əlaqə saxlayıb. Bildirilib ki, yayılan paylaşımlar tamamilə yalandır:
“Dəfələrlə Azərpoçt tərəfindən açıqlamalar verilib. Bu cür xəbərlər saxtadır”.
Qurum bununla bağlı vətəndaşları diqqətli olmağa, dələduzlara inanmamağa çağırıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ