İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azəristiliktəchizat" ASC monitorinq nəticələrini açıqladı

"Azəristiliktəchizat" ASC mövsümdən öncə xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqini aparıb.

Musavat.com-un məlumatına görə, bu gün keçirilən brifinq zamanı bildirilib ki, 214 yaşayış binası, 37 təhsil müəsisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib.

Qurumun sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qeyd edib ki, bununla bağlı aidiyyəti qurumlara müvafiq məlumat verilib: "Təəssüf ki, hazırda 191 yaşayış binası, 19 təhsil müəssisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb. "Azəristiliktəchizat" ASC-nin məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatıyla bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilməkdədir. Məlumat üçün bildiririk ki, ümumilikdə ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8%-i "Azəristiliktəchizat" ASC-ə məxsus qazanxanalar vasitəsi ilə həyata keçirilir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR