Onlayn ictimai-siyasi qəzet
"Azərenerji" ASC-nin "Şimal" Elektrik Stansiyasının direktoru Asəf İsmayılov vəzifəsindən azad edilərək "Bakı" Elektrik Stansiyasına direktor təyin olunub.
Musavat.com Report-a istinadən xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.
Onun digər əmri ilə isə Pirəli Əlili "Şimal" Elektrik Stansiyasına direktor təyin edilib. O, bundan əvvəl "Yeni Yaşma" Külək Elektrik Parkına rəhbərlik edib, Böyük Britaniyanın Qlzaqo şəhərində yerləşən "Strathclyde" Üniversitetinin məzunudur.
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ