Onlayn ictimai-siyasi qəzet
“Azercell Telekom” MMC 1 iyul 2024-cü il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətinə dəyişiklik edir.
Banker.az xəbər verir ki, ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:
Kartın nominalı (AZN ilə) | İstifadə müddəti (təqvim günü) |
1 | 5 |
2 | 10 |
3 | 20 |
5 | 30 |
10 | 60 |
25 | 90 |
50 | 120 |
100 | 120 |
Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlər ilə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
Ödəniş məbləğinin aralığı | İstifadə müddəti (təqvim günü) |
1 AZN-dən – 1,99AZN-dək | 5 |
2AZN-dən – 2,99 AZN-dək | 10 |
3 AZN-dən – 4,99 AZN-dək | 20 |
5 AZN-dən – 9,99 AZN-dək | 30 |
10 AZN-dən – 19,99 AZN-dək | 60 |
20 AZN-dən – 24,99 AZN-dək | 90 |
25 AZN-dən – 49,99 AZN-dək | 90 |
50 AZN-dən – 99,99 AZN-dək | 120 |
Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ