Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanlılar Rusiya sülhməramlılarının keçid məntəqəsindən keçərək çadır qurmağa çalışırlar".
Musavat.com xəbər verir ki, bunu Əsgəranın keçmiş qondarma meri Alyoşa Qabrielyan qondarma “Artsax” ictimai radiosuna müsahibəsində deyib.
“İndi azərbaycanlılardan 200-400 metr aralıyıq. Biz “humanitar” yüklərin (qondarma) "Artsax"a daxil olmasının qarşısını almaq üçün buradayıq. Onların göndərdiyi köməyə ehtiyacımız yoxdur. Qoy, "Kaşatağ" dəhlizini (Laçın yolunu) açsınlar”, - deyə Qabrielyan bildirib.
Keçmiş qondarma mer hazırda Ağdam-Xankəndi yolunun hissəsində bir qrup bir qrup erməninin olduğunu bildirir.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ