Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın ailəsinə məxsus biznes imperiyası onun Ağ Evdəki prezidentliyinin ilk ayında ən azı 2 milyard dollar gəlir əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti maliyyə sənədlərinə və mənbələrə istinadən məlumat yayıb.
Qəzetin qeyd etdiyinə görə, əsas gəlir mənbələri kriptovalyuta layihələrinə xarici investisiyalar, daşınmaz əmlak və eksklüziv klub təşəbbüsləri ilə bağlıdır.
ABŞ prezidentinin oğlu Kiçik Donald Tramp tərəfindən idarə olunan TRUMP adlı kriptovalyutanın buraxılması təkcə özü 174 milyon dollardan artıq gəlir gətirib.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri "World Liberty Financial" adlı kriptolayihəyə 2 milyard dollar sərmayə yatırıb. Həmin layihədə rəhbər vəzifələri Erik Tramp və Kiçik Donald Tramp icra edir.
"The New York Times"ın məlumatına görə, əhəmiyyətli məbləğdə vəsaitlər daşınmaz əmlak sövdələşmələrindən də daxil olur.
Qətər dəyəri 5,5 milyard dollar olan Trump kurort kompleksinin maliyyələşdirilməsində iştirak edir. Səudiyyə Ərəbistanının dövlətlə əlaqəli bir şirkəti isə Dubaydakı "Trump International Hotel and Tower"ə 1 milyard dollar sərmayə yatırıb. Həmçinin, Serbiya ilə Trampın kürəkəni Cared Kuşner arasında keçmiş Yuqoslaviya Müdafiə Nazirliyinin binasının yerində hotel inşası üzrə 1 milyard dollar dəyərində layihə razılaşdırılıb.
NYT qeyd edir ki, Ağ Ev biznesin tamamilə prezidentin oğulları tərəfindən idarə olunduğunu iddia edərək, maraqların toqquşmasını inkar edir. Qəzet vurğulayır ki, hazırda fəaliyyətdə olan prezidentin ailə biznesinə daxil olan bu miqyasda gəlir müasir ABŞ tarixində misli görünməmiş bir haldır.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ