Onlayn ictimai-siyasi qəzet
ABŞ Azərbaycanı İbrahim Sazişlərinə qoşulmağa dəvət edəcək.
Bu barədə Prezident Trampın ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff Breitbart nəşrinə müsahibsində deyib.
Onun sözlərinə görə, Azərbaycan tezliklə İbrahim Sazişlərinə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşula biləcək ölkələr sırasındadır.
“Yaxın bir neçə ay ərzində Azərbaycan, Ermənistan, Suriya və Livan da daxil olmaqla 4-6 ölkə bu sazişə qoşula bilər. Mənim proqnozum budur ki…nisbətən tezliklə biz Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik… Liviya ilə də baş verə bilər… Mən İbrahim razılaşmalarına qoşulan ölkələrdən danışıram, Azərbaycan və Ermənistanla ola bilər”.
Vitkoff deyib ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə yaxındır.//AzPost
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ