İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı tələbə xərçəngdən öldü - FOTOLAR

Uzun müddət qan xərçəngindən (leykoz) əziyyət çəkən İbrahim Fərhadlı vəfat edib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, sağalması üçün kampaniyalar təşkil edilən, İstanbul Texniki Universitetinin tələbəsi İ.Fərhadlı xərçənglə mübarizədə məğlub olub.

Qeyd edək ki, İbrahim Fərhadlı üçün xeyli müddət müxtəlif yardım kampaniyası başladılıb. İ.Fərhadlıya azarkeşi olduğu "Beşiktaş" klubundan da dəstək gəlib.

Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları - Mario Qomeş, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin 22 yaşlı gəncə dəstək mesajı yayımlayıblar. Üstəlik "Beşiktaş" futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndəriblər.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin məzunu olan İ.Fərhadlı təhsilini İstanbul Texniki Universitetində ətraf mühit mühəndisliyi üzrə davam etdirib. Burun qanaxması nəticəsində xəstəxanaya aparılan azərbaycanlı gəncə xərçəng diaqnozu qoyulub. Türkiyə vətəndaşı və sosial təminatı olmadığı üçün müalicə özəl klinikada aparılıb.

O, doğulduğu Ağdaş rayonunda dəfn edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR