İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı teleaparıcılar Marinanın aksiyasına reaksiya verdilər - rəylər

Rusiyada “Birinci kanal”ın “Xəbərlər proqramı”nın yayını zamanı redaktor Marina Ovsyannikovanın qəfildən canlı efirə çıxması, Rusiyanın Ukraynaya hücumuna özünəxas etirazı günlərdir gündəmi zəbt edib. Xanım redaktor üzərində “Müharibəni dayandırın. Təbliğata inanmayın.

Burada sizə yalan danışırlar” cümlələri yazılmış plakatla canlı yayına müdaxilə etmişdi.

Aksiyadan dərhal sonra saxlanılan M.Ovsyannikovanın qısa müddətdə sosial mediada müraciəti yayıldı. O, atasının ukraynalı, anasının rus olduğunu bildirmiş, qardaş xalqların müharibə aparmasını pisləmiş, Rusiyanı aqressor adlandırmış, çalışdığı kanalda Kremlin təbliğatını apardığı üçün utanc hissi yaşadığını ifadə etmişdi.

Bəs azərbaycanlı jurnalistlər necə, bu şəkildə etiraz aksiyası keçirərlərmi? Tanınmış teleaparıcılarımızı belə addım atmağa nə vadar edə bilər? Ümumiyyətlə, M.Ovsyannikovanı qəhrəman hesab etmək olarmı?

Büdcə parazitləri öz işlərindədirlər – Aygün Muradxanlı yazır – Yenicag.Az

Aygün Muradxanlı: “Həmfikir olduğu qüvvələr var, onlara arxayın olub, özünü qurbana çevirdi”

Tanınmış jurnalist Aygün Muradxanlı “Yeni Müsavat”a bildirdi ki, Rusiyada savaşı istəməyən insanlar var: “Bu, əslində efir heyətinin hər bir üzvünün etirazı idi. Sadəcə, həmin xanımı qurbana çevirdilər. Görünən odur ki, onun arxayın olduğu, həmfikir olduğu qüvvələr var, onlara arxayın olub, özünü qurbana çevirdi. Bu mənada aksiyaya həm də qəhrəmanlıq kimi baxıram, çünki Rusiya avtoritar ölkədir, qanunla çox ağır cəzalar verilir. Mövcud durumda M.Ovsyannikovanın etirazçıların səsinə çevrilməsi təqdirəlayiq haldır. Yeri gəlmişkən, aparıcı Yekaterina Andreyeva peşəkar aparıcıdır. Geyimindəki ürək işarəsinin təsadüf olduğuna inanmıram, çünki aparıcıların bəlli geyim tərzi var”.

A.Muradxanlı hesab edir ki, aksiyanı başqa formada da etmək olar: “Mən elə televiziyada işləməzdim.1993-cü ilin sentyabr ayında qiyamdan sonra cəmi 3 ay Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Əgər seçim qarşısında qalsa idim, belə aksiya etməzdim. Seçim qarşısında qalsam, işdən gedərdim. Düşünürəm ki, jurnalist üçün ən önəmlisi həqiqəti deməkdir. Azərbaycan tarixi boyu təcavüzkar ölkə olmayıb, lakin əgər ölkə siyasətinə görə hər hansı xalqın iradəsinə təcavüz olunsa idi, uşaqlar, qadınlar öldürülsə idi, şəhərlər, mədəniyyətlər məhv edilsə idi, təkcə jurnalist kimi yox, insan kimi də etirazımı bildirərdim, plakata ”Savaşa son" yazardım".

Ləman Ələşrəfqızı deputatlığa namizəd oldu

Ləman Ələşrəfqızı: “İstər dövlət, istərsə də özəl olsun, işlədiyi kanalın efirində bu cür aksiya etmək üçün hünər lazımdır”

Əməkdar jurnalist Ləman Ələşrəfqızının fikrincə, istər dövlət, istərsə də özəl olsun, işlədiyi kanalın efirində bu cür aksiya etmək üçün hünər lazımdır: “Bir anlıq təsəvvürümə gətirirəm, kimsə ANS TV-nin ”Xəbərlər" buraxılışında bunu edə bilərdimi? Görün, o xanımın içi nə qədər yanıbsa, hər şeyi gözə alıb. Hesab edirəm ki, o, qəhrəmandır. Son günlərin Rusiyası qandondurucudur, tükürpədicidir. Belə bir rejimin hökm sürdüyü ölkədə o xanımın hərəkəti qəhrəmanlıqdır. Bunu hər insan bacarmaz. Azərbaycanda da elə bir reallıq olsa, biz də etiraz edərdik. Bizim mentalitetdə xanımlar atdıqları addımların qınağa səbəb olacağından ehtiyat edirlər. Lakin bəzən hadisələr elə cərəyan edir ki, insanın gözünə heç kim və heç nə görünmür. O xanım elə həddə çatıb ki, belə aksiya edib. Mən o xanımı alqışlayıram. Şəxsən mən də edərdim. Düşünürəm ki, başqa cəsarətli şəxslər də tapılar. 30 il müddətində Qarabağla bağlı proseslər elə cərəyan etdi ki, axara düşdük, getdik. Ukrayna hər gün bombalanır. 44 günlük Vətən müharibəsində bizim başımıza bombalar yağmadı. Gəncə və Bərdəyə raket atdılar. Ukrayna şəhərləri isə məhv olur, milyonlarla qaçqın var. Plakata nə yazacağım isə vəziyyətdən asılıdır".

L.Ələşrəfqızı Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq övladını rus bölməsindən çıxaracaq: “Qızımı artıq hazırlamışam, özünə də dedim ki, növbəti il azərbaycan bölməsində təhsil alacaq”.

İlhamiyyə Rza ANS-də veriliş aparacaq

İlhamiyyə Rza: “Etiraz etmək qərarı versəm, sosial media platformalarından istifadə edərəm”

Tanınmış jurnalist, aparıcı İlhamiyyə Rza isə ehtiyac olarsa, etiraz üçün başqa yollar axtaracağını qeyd etdi: “Marina Ovsyannikovanın hərəkətini bəyənirəm. Amma etiraz etmək qərarı versəm, sosial media platformalarından istifadə edərəm. Amma plakat qaldırmaq ağlıma gəlməzdi, M. Ovsyannikova  kreativ xanımdır. Rusiyada hər hansı formada etiraz etmək cəsarət tələb edir. Risk böyükdür, çünki yeni qanuna əsasən 15 il həbs cəzası ala bilərdi. Müharibəyə etiraz olaraq meydan aksiyalarında heç bir əsas olmadan qadınların saxlandığını gördük. M. Ovsyannikova  videomüraciətində nəyə etiraz etdiyini açıq şəkildə bildirir. Mən efirdə olan jurnalistəm. Öz əlimdə olan imkanları buraxıb kiminsə arxasında dayanıb plakat çıxarmaq fikri ağlıma gəlməyib”.

Qeyd edək ki, ötən gün Moskvanın Ostankino Məhkəməsində M.Ovsyannikova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələndi.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR