İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı Samir Rüstəmov Ukraynanın azadlığı uğrunda döyüşlərdə həlak olub

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə  azərbaycanlı, Milli Qvardiyanın polkovnik-leytenantı Samir Rüstəmov həlak olub.  

“Dostluq” Cəmiyyətinin İdarə Heyətinin üzvü Azad Ömərov bildirib ki,  Samir Rüstəmov minaya düşüb.

“Samir Rüstəmov mühəndis-istehkam xidmətinin komandiri idi. Onun döyüş yoldaşları Rusiya hərbçilərinin basdırdığı minaya düşərək həlak olublar. Samir döyüş yoldaşlarının cəsədlərini çıxararkən həlak olub”, - Ömərov bildirib.

Onun sözlərinə görə, zabitin dəfn mərasimi noyabrın 15-də Xarkovda olub.

Dəfn mərasimində hərbçilər, yerli hakimiyyət orqanlarının və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər./Turan.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR