İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı polkovnik Türkiyə Milli Müdafiə Universitetinə təyinat aldı

Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə vəzifəyə təyin olunub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, iki ölkə arasında hərbi təlim, yardım və məsləhətləşmə fəaliyyətləri davam edir.

Məlumata görə, Azərbaycanla kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb.

Qardaş ölkənin Milli Müdafiə Universitetinin prorektoru, professor Tələt Canbolat isə Azərbaycan Milli Müdafiə Universitetində vəzifəyə təyin olunub.

Onlar hər ikisinin fəaliyyət müddəti bir il nəzərdə tutulub.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR