İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı müğənnilər də Türkiyə toylarına dəvət alırmı? - ən bahalı sənətçi...

Xəbər verildiyi kimi, Türkiyənin super ulduzu Ebru Gündeş bugünlərdə Azərbaycanda toyda olub. Sənətçinin Şəmkir rayonunun Şiştəpə kəndində təşkil olunan dəbdəbəli toy məclisində səhnə almaq üçün 250 min manat qarşılında vətənimizə təşrif buyurduğu deyilir. Lüks villada təşkil olunan toya türkiyəli müğənni şəxsi ansamblı ilə birlikdə gəlib.

Türkiyəli müğənnilərin Azərbaycan toylarına çağırılması ilk dəfə deyil və bu artıq bir ənənə halını alıb desək, yanılmarıq. Təbii ki, türkiyəli sənətçilərin ölkəmizə gəlişi toy sahibləri üçün xeyli baha başa gəlir. Dəfələrlə azərbaycanlı iş adamları, məmurlarının türkiyəli müğənnilər üçün külli miqdarda pul xərcləyib, toylarına dəvət etdikləri  haqda mətbuatda məlumatlar dərc olunub və bu informasiyalar uzun müddət gündəmdə qalaraq, müzakirə obyektinə çevrilib.

Bəs maraqlıdır, türkiyəli məşhurların Azərbaycan toylarında səhnə alması üçün nə qədər pul tələb olunur?

Araşdırmalardan məlum olur ki, Azərbaycan toylarına ən baha qiymətə gələn məşhur türkiyəli müğənni Tarkandır. Meqastarın ölkəmizdə toy mərasimindən çıxışı üçün 1 milyon manat tələb olunur. Hələ bu il yanvarın əvvəlində Tarkanın Bakı toylarının birində iştirak edəcəyi və bunun üçün 1 milyon pul tələb olunduğu haqda mətbuatda məlumatlar yayılmışdı.

Bu məsələdə ikinci sırada müğənni Ajda Pekan gəlir. Superstarı toya dəvət etmək istəyən azərbaycanlı ən azı 200 min manatından keçməlidir. Hələ pandemiya dövründə, daha dəqiq desək, 2021-ci ilin iyununda müğənniyə Azərbaycanda məkanların birində səhnəyə çıxması üçün 1 milyon 46 min lirə (204 min 597 AZN) məbləğində təklif olmuşdu, lakin müğənni pandemiya səbəbindən bu təklifi rədd etmişdi.

Məşhur türkiyəli müğənni Murad Boz da Azərbaycana toya gələn sənətçilər sırasındadır. Bu ilin yanvar ayında Bakıda toyda iştirak edən müğənninin azərbaycanlı iş adamından 400 min dollar ( təxminən 700 min AZN) pul alması haqda Türkiyə mətbuatda məlumatlar yayılmışdı.

Mustafa Ceceli də tez-tez Azərbaycan toylarında görünür. İddialara görə, müğənninin ölkəmizdəki toyda çıxışı üçün təxminən 100 min manatdan çox qonorar tələb olunur.

Azərbaycanlı müğənnilər necə, Rusiya, Gürcüstanla yanaşı, qardaş ölkədəki toy mərasimlərinə də çağırılırmı?

Azərbaycandan hansısa müğənninin Türkiyədə toya dəvət alması haqqında məlumata rast gəlməsək də, Türkiyədə yaşayan müğənnilərimiz azərbaycanlıların toyuna dəvət alır. Onlardan biri də Türkiyədə yaşayıb, yaradıcılığını davam etdirən İradə İbrahimovadır. Onun Türkiyədə hansı qonorar tələb etdiyi isə mətbuata məlum deyil.

Azərbaycanın ən bahalı toy müğənnisi kimdir?

Referans.az saytı şou-biznes ulduzlarının son toy qiymətlərini araşdırıb. Bu qiymətlər toyda iştirak şərtlərinə görə dəyişir.

Məsələn, yarım saatlıq çıxış üçün qiymət, bütöv toy qiymətlərindən azı 3-5 dəfə az olur. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir.

Müğənnilərin yarım saatlıq və limitsiz (toy başlayandan qurtarana qədər) toy qiymətlərini təqdim edirik:

Nuri Sərinləndirici - 8500 AZN, 23800 AZN;

Abbas Bağırov - 5000 AZN, 18000 AZN;

Xatirə İslam - 4000 AZN, 11000 AZN;

Nadir Qafarzadə - 3000 AZN, 10000 AZN;

Damla Məmmədova - 3000 AZN, 5000 AZN;

Talıb Taleh - 3000 AZN, 6000 AZN;

Şəbnəm Tovuzlu - 3000 AZN, 5000 AZN;

Tərlan Novxanılı - 1500, 5000 AZN;

Aqşin Fateh - 1500 AZN, 2500-3500 AZN;

Türkan Vəlizadə - 2000 AZN, 4000 AZN.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR